"Buster" doza üzrə vaksinasiya olunanların sayı 246 min 347 nəfər təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 917 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 255, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 137 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 730 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 348 845, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 599, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 285 415, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 246 347 nəfər təşkil edir.