Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

08.02.2022 - 17:09

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 43 mindən çox şəxs vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 126 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 652, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 204, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 37 270 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 12 261 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 252 035, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 754 599, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 255 106 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş