Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb

Xəbərlər

08.03.2022 - 13:34

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxs yaşadığı ünvana geri qaytarılıb

Martın 7-də polis əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Daxili İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş