Koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

10.07.2022 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanda son sutkada 13 nəfər peyvəndlənib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 13 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı isə 0 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 781 770, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 359 466, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 347, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 316 498, pozitiv nəticədən sonra “buster” doza olunanların sayı 250 459 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş