Koronavirus COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

09.12.2021 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə "buster" doza üzrə 26 minə yaxın şəxs vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 060 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 358, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 25 969 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 10 806 373, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 110 938, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 605 616, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 089 819 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş