Xilasedicilər ağıntılar altından iki nəfəri çıxarıblar
Türkiyənin Konya vilayətində dördmərtəbəli yaşayış binası çöküb. AYNA xəbər verir ki, bu barədə dövlət televiziyası “TRT Haber” məlumat yayıb.
Hadisə Səlcuq rayonu, Beyşehir küçəsində baş verib. Əvvəl binanın boş olduğu bildirilib. Sonradan binada 3-5 nəfərin ola biləcəyi ehtimalı ortaya çıxıb və axtarış-xilasetmə işlərinə başlanılıb.
Xilasedicilər ağıntılar altından iki nəfəri çıxarıblar. Onların vəziyyəti barədə məlumat verilməyib.
Binanın şökməsi səbəbi hələlik bəlli deyil.