Konqoda BMT qərargahına hücum edilib

Dünya

25.07.2022 - 21:30

Həkimlər Klinikalar SEO Xidməti

Nümayiş bir neçə ictimai təşkilatın təşəbbüsü ilə keçirilib

Konqo Demokratik Respublikasının şərqində yerləşən nümayişçilər Qoma şəhərində BMT-nin missiyasının binalarına və anbarlarına hücum ediblər.

AYNA xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar ölkənin Şimali Kivu əyalətindən BMT sülhməramlılarının çıxarılmasını tələb edirlər.

Nümayiş bir neçə ictimai təşkilatın, o cümlədən qadın təşkilatlarının təşəbbüsü ilə keçirilib. Onlar BMT-ni ölkənin bu hissəsində əhalinin təhlükəsiz yaşaması üçün şərait yaratmamaqda ittiham edir.

Nümayişçilər Qomanın mərkəzi məhəllələrində barrikadalar quraraq nəqliyyatın hərəkətini dayandırıblar.

Əhalisi 700 min nəfərə çatan şəhərdə mağazalar, bazarlar, banklar və kommersiya şirkətlərinin ofisləri bağlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş