Bir çox azərbaycanlı komandanın adını dəyişməkdənsə, ŞHK-dən ayrılmağın daha yaxşı olduğunu hesab edib
AYNA xəbər verir ki, prodüser Müşviq Abbasov komandanın "Şuşa" adı altında çıxışını davam etdirəcəyini bildirib. O, Aleksandr Maslyakovla - kiçiklə danışıqlarda "ya komandanın adını qaytarırıq, ya da yarışı tərk edirik", - deyə şərt qoyduqlarını söyləyib. Podüser bildirib ki, nəticədə məqsədlərinə nail olublar və bundan sonra “Şuşa” komandası olaraq Sankt-Peterburq ŞHK Liqasında çıxış edəcəklər.
Xatırladaq ki, bundan əvvəl Soçidə hər il keçirilən festivala yollanan və birinci mərhələdən uğurla keçən “Şuşa” ŞHK komandası ikinci mərhələdə adını dəyişmək məcburiyyətində qalıb. Bu xəbər azərbaycanlı sosial şəbəkə istifadəçilərinin hiddətinə, ermənilərin isə sevincinə səbəb olub. Vətəndaşlarımız qeyd ediblər ki, komandanın adını dəyişməkdənsə, ŞHK-dən ayrılmaq daha yaxşıdır.
Komandanın prodüseri Müşfiq Abbasov məlumat verib ki, birinci turdan sonra baş tutan iclasda redaktorlardan bir nöbəti mərhələdə iştirak edəcək komandaların siyahısını açıqlayıb. O, bildirib ki, “Şuşa” komandası ancaq adını dəyişdiyi təqdirdə ikinci turda iştirak edə bilər. Bu tələbi milliyyətcə erməni, Aleksandr Maslyakovun müavini Ruben Caqinyan irəli sürüb.
Müşfiq Abbasovun sözlərinə görə, ikinci mərhələyə adlamaq və Aleksandr Maslyakov - kiçiklə görüşmək imkanı əldə etmək üçün onların komandası adını dəyişmək məcburiyyətində qalıb.