Ehtiyac meyarının və yaşayış minimumunun həddi qaldırılır

Cəmiyyət

22.10.2019 - 18:07

Gələ il il üçün yaşayış minimumu isə ölkə üzrə 190 manat məbləğində müəyyən olunub

 

Azərbaycanda gələn il üçün ehtiyac meyarının və yaşayış minimumunun həddi müəyyənləşib. AYNA xəbər verir ki, bununla bağlı qanun layihələri Milli Məclisə daxil olub.

 

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilib.

 

2020-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat müəyyən olunub.

 

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün Prezidentə göndəriləcək. Hər iki qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

 

Qeyd edək ki, cari il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyənləşdirilmişdi. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğindədir.

Müəllif: Ayna.az