Kiyevin üç rayonunda partlayış olub

Dünya

18.05.2023 - 08:14

Vitali Kliçko: "Paytaxta hücum davam edir"

Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.

AYNA UNİAN-a istinadən xəbər verir ki, partlayışlar paytaxtın Darnitski, Dnepr və Desnyanski rayonlarında qeydə alınıb.

Partlayışların ardınca Desnyanskidə qeyri-yaşayış binasında, Darnitskidə isə müəssisədə yanğın baş verib.

Bildirilib ki, hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev meri Vitali Kliçko qeyd edib ki, paytaxta hücum davam edir. O, sakinləri sığınacaqları tərk etməməyə çağırıb.

Müəllif: Ayna.az