Kiyevdə vəfat edən jurnalist Masazırda dəfn olundu - FOTO

Cəmiyyət

02.04.2024 - 13:55

İdrak Camalbəyli atasının məzarı yanında torpağa tapşırılıb

Ukraynanın Kiyev şəhərində qəfl ürəktutmasından vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub. AYNA xəbər verir ki, jurnalist Masazır kənd qəbiristanlığında atası İslam Camalbəylinin məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhum jurnalistin yaxınları, qələm dostları, ictimaiyyət nümayəndələri, Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, İ.Camalbəyli Azərbaycanda bir neçə mətbu orqanda jurnalist kimi fəaliyyət göstərib. 2018-ci ildən Ukraynaya köçən jurnalist orada fəaliyyət göstərirdi. Ukraynadakı Azərbaycan diasporasının işində də yaxından iştirak edən İ.Camalbəyli Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlayandan bu yana cəbhənin ən qaynar nöqtələrindən xəbərlər verir, reportajlar hazırlayırdı. Son vaxtlar jurnalist “Amerikanın Səsi” radiosu ilə əməkdaşlıq edirdi.

İ.Camalbəyli martın 29-da axşam saatlarında Kiyev şəhərində ürəktutmasından dünyasını dəyişib. Onun nəşi dünən Azərbaycana gətirilmişdi.

Allah rəhmət eləsin!

Kiyevdə vəfat edən jurnalist Masazırda dəfn olundu - Kiyevdə vəfat edən jurnalist Masazırda dəfn olundu -
Müəllif: Ayna.az