Kiyevdə 2 yeniyetmə 16-cı mərtəbədən yıxılaraq ölüb

Dünya

30.06.2024 - 14:14

Həkimlər Klinikalar SEO Xidməti

Hadisənin paytaxtın Jilyanska küçəsində baş verdiyi bildirilir

Ukraynanın paytaxtı Kiyevdə iki yeniyetmə binanın 16-cı mərtəbəsindən yıxılaraq ölüb. AYNA xəbər verir ki, bu barədə məlumatı Kiyevin polisi “Hromadske”yə təsdiqləyib.

“Kiyevdə iki yeniyetmə 16-cı mərtəbədən yıxılıb. Onlar ölüblər. Çox güman ki, bu, intihar idi”, – nəşr qeyd edib.

Sosial şəbəkədə hadisənin paytaxtın Jilyanska küçəsində baş verdiyi qeyd olunub. “Hər ikisi 2009-cu ildə anadan olub”, – “Hromadske” vurğulayıb.

“Polis bu məlumatı təsdiqləyib. Onlar bildiriblər ki, artıq Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə “özünü qəsd” maddəsi ilə cinayət işi başlayıblar”, – polis açıqlayıb.

Müəllif: Ayna.az