"İndi İvankov vilayətində Ukrayna qoşunları düşməni Rusiyaya doğru sıxışdırır"
Kiyev yaxınlığında, İvankov, Borodyanka və Kozaroviç bölgəsində döyüşlər davam edir. AYNA UNIAN-a istinadən bildirir ki, bu barədə Milli Qvardiyanın Çevik Cavab Briqadasının mətbuat katibi Xariton Starski deyib.
"İlkin məlumatlara görə, Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Kiyev səmasında Rusiya ordusunun 2 raketini vurub. Çox güman ki, onlar Müdafiə Nazirliyinin ərazisini atəşə tutmağa cəhd ediblər", - Starski bildirib.
"Səhər paytaxtda sakitlik olsa da, şəhər kənarında döyüşlər gedir. Saat 09:00-a olan məlumata görə, Borodyanka, Kozaroviç və İvankov qəsəbələri ərazisində döyüşlər davam edir", - əlavə edib.
Onun sözlərinə görə, dünən ruslar İvankovu tutmağa çalışsalar da, indi kənddə düşmənin yanmış texnikasını müşahidə etmək olur: "İndi İvankov vilayətində Ukrayna qoşunları düşməni Rusiyaya doğru sıxışdırır. Hazırda bu istiqamətdə döyüşlər gedir".