Kiberdələduzluğa qarşı tədbirlər təşkil olunub

Xəbərlər

26.05.2024 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr asılıb

Cəlilabadda kiberdələduzluq və bank kartlarından oğurluq hallarına qarşı tədbirlər təşkil olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin, ödəmə terminallarının və bankomatların yaxınlığında vətəndaşların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr asılıb.

Bu lövhələrdə kiberdələduzluqla məşğul olan şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumatlar yerləşdirilib. Bundan əlavə, polis əməkdaşları maarifləndirici söhbətlər zamanı vətəndaşlara kibertəhlükəsizlik qaydaları ilə bağlı tövsiyələr verib, bank və şəxsi məlumatların qarşı tərəfə təqdim olunmasının yolverilməzliyini diqqətə çatdırıblar. Vətəndaşlara bu mövzuda ayıq-sayıq olmaq, kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələri tövsiyə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş