Keniyada icmalararası toqquşmalarda 18 nəfər həlak olub

Dünya

13.10.2024 - 01:01

Həkimlər Klinikalar SEO Xidməti

Polis rəisi sakinləri odlu silahlarını təhvil verməyə çağırıb

Keniyanın cənub-şərqindəki Tana çayı bölgəsində qeydə alınan icmalararası toqquşmalarda azı 18 nəfər həlak olub.

AYNA xəbər verir ki, bu barədə AFP agentliyi yerli polis idarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, ölüm hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda vəziyyət gərgindir, çünki icma üzvləri odlu silahlarını təhvil vermək istəmirlər.

Polis rəisi zorakılığın artmasının qarşısını almaq üçün sakinləri odlu silahlarını təhvil verməyə çağırıb.

Münaqişənin səbəbi torpaqların daşqından zərərçəkənlərin xeyrinə yenidən bölüşdürülməsi olub, bölgədə yaşayan köçəri insanlar buna etiraz ediblər.

Müəllif: Ayna.az