Kəlbəcərdə növbəti dəfə döyüş texnikası müsadirə edilib - VİDEO

Xəbərlər

25.09.2023 - 21:22

Müdafiə Nazirliyi məlumat yayıb

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkar edilib.

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.

Müəllif: Ayna.az