Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub - FOTO

Xəbərlər

02.09.2022 - 19:29

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi qulluqçularımız arasında itki yoxdur

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.

Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş