Kəlbəcərdə avtomobil aşıb: qadın hərbçi həlak olub

Hadisə

14.04.2025 - 19:28

Həkimlər Klinikalar SEO Xidməti

"Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA.AZ "Qafqazinfo”ya istinadən xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.

Hadisənin təfərrüatı araşdırılır.

Məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, “N” saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş