Kəlbəcərdə 4 hərbçimiz itkin düşüb, onlardan 3-ü tapılıb

Xəbərlər

29.01.2022 - 16:03

Həkimlər Klinikalar SEO Xidməti

Hərbçilər hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə,  hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb.

Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş