Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

04.09.2022 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, şəxsi heyət və texnikamızda itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş