Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Xəbərlər

14.05.2022 - 15:40

Azərbaycan MN: "Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb"

Mayın 14-ü saat 11:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb", - deyə qurumdan bildirilib.

Müəllif: Ayna.az