Keçmiş məhkum narkotiklə yaxalanıb

Xəbərlər

07.08.2023 - 17:08

cedabet dərman SEO Xidməti

Vasif Balayev saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Vasif Balayev saxlanılıb.

Onun üstünə keçirilən baxış zamanı 50 ədəd sellofan və kağız bükümdə, eləcə də 10 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş