Keçən il Azərbaycanda 167 avtomobil qaçırılıb - RƏSMİ

Xəbərlər

03.04.2023 - 13:08

cedabet dərman SEO Xidməti

Bakı şəhəri üzrə qaçırılan 94 avtomobildən 92-si tapılıb

Keçən il respublika üzrə qaçırılan nəqliyyat vasitələrinin sayı 2021-ci illə müqayisədə 14 fakt azalaraq 181-ə qarşı 167 olub. Görülən tədbirlər nəticəsində onlardan 164-ü isti izlərlə tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, respublikanın rayonlarında qaçırılan 73 avtomobildən 72-si, Bakı şəhəri üzrə qaçırılan 94 avtomobildən 92-si tapılıb.

"Nəqliyyat vasitələrinin qaçırılması hallarına qarşı aparılan mübarizə tədbirlərinin statistikası uğurlu nəticələrdən xəbər versə də, təhlillər göstərir ki, bu qəbildən olan hüquqpozmaların baş verməsinə münbit şərait yaradan bir sıra amillər də mövcuddur. Belə ki, bu növ cinayətlərin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, işıqlandırılmayan yol sahələrində saxlanılan, səsli həyəcan siqnalı ilə təchiz edilməyən, kilid sistemi zəif olan, habelə asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan, eləcə də istehsal ili köhnə olan) nəqliyyat vasitələri olur ki, bu da sonradan xoşagəlməz nəticələrə gətirib çıxarır", - deyə məlumatda bildirilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu kimi cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün nəqliyyat vasitələrini park edərkən, yaxud dayanma-durma zamanı yuxarıda göstərilən hallara diqqət yetirməyə çağırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş