Məktəbli polis tərəfindən saxlanılıb
Kanadanın Monreal şəhərindəki məktəblərin birində insident baş verib.
AYNA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Belə ki, şagirdi müəllimə hücum edərək onu naməlum kəsici-deşici alətlə yaralayıb. Hadisə dərs zamanı baş verib. Xəsarət alan 40 yaşlı kişi bədəninin yuxarı nahiyəsindən kəsilmiş xəsarətlər alıb.
16 yaşlı məktəbli təhsil müəssisəsinin yaxınlığında polis tərəfindən saxlanılıb.
Hücumun motivləri müəyyənləşdirilir. Digər təfərrüatlar hələlik açıqlanmayıb.