Kanada ölkədə qadağan olunmuş odlu silahları Ukraynaya verə bilər

Dünya

06.12.2024 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Hakimiyyət orqanları onun Ukraynaya verilməsi imkanını nəzərdən keçirir

Kanada hakimiyyəti ölkədə 320-dən çox odlu silahı qadağan edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunan məlumatda qeyd olunub.

Bildirilib ki, söhbət NATO standartlarına cavab verən silahlardan gedir. Ölkənin hakimiyyət orqanları onun Ukraynaya verilməsi imkanını nəzərdən keçirir.

Hakimiyyət silah zorakılığı ilə mübarizə üçün bu modelləri qadağan etmək qərarına gəlib. Bu silahlar indi qanuni silah ola bilməz, ölkədə satıla və ya idxal edilə bilməz.

Müəllif: Ayna.az