Ukraynanaya hərbi yardımlar davam etdirilir
Kanada hökuməti NATO ilə əməkdaşlıq çərçivəsində payıza qədər Latviyada “Leopard 2” tank bölüyü yerləşdirmək niyyətindədir.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Kanadanın Latviyaya 15 ədəd “Leopard 2” tankından ibarət tank bölüyü, eləcə də yardımçı heyət və avadanlıqlar yerləşdirəcəyini elan edirəm”, - o deyib.
Onların Latviyaya 2023-cü ilin payızında gətiriləcəkləri gözlənilir.