Kanada ABŞ-la ticarət müharibəsinə hazırdır

Dünya

04.03.2025 - 13:52

Həkimlər Klinikalar SEO Xidməti

“Tramp tariflər tətbiq etsə, biz 155 milyard Kanada dolları məbləğində tariflərlə cavab verməyə hazırıq”

Donald Tramp administrasiyası Kanada mallarına rüsum tətbiq edərsə, Ottava 155 milyard Kanada dolları (107,4 milyard dollar) məbləğində cavab tarifləri tətbiq edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Melani Coli deyib.

“Tramp tariflər tətbiq etsə, biz 155 milyard Kanada dolları məbləğində tariflərlə cavab verməyə hazırıq”, - nazir qeyd edib.

Coli ABŞ Prezidentinin vəd etdiyi tarifləri Kanada üçün “ekzistensial təhlükə” adlandırıb və Ottavanın buna hazır olduğuna əmin edib: "ABŞ öz ticarət müharibəsinə başlamaq qərarına gəlsə, biz buna hazırıq".

Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan faktiki olaraq bütün idxal mallarına 25% rüsum tətbiq edəcəyini, Çindən gələn mallara isə rüsumları 10%-dən 20%-ə qaldıracağını vəd edib. “Bloomberg”in məlumatına görə, ildə təxminən 1,5 trilyon dollar dəyərində idxal olunan məhsullara rüsumlar tətbiq olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş