Kamran Əliyev təqaüdə göndərilib

Xəbərlər

27.03.2024 - 16:55

Nazir Dövlət Yol Polisi İdarəsinin rəis müavini barəsində əmr imzalayıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib. AYNA xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, xidmətdə olmanın son yaş həddinə görə Kamran Əliyev tutduğu vəzifədən azad edilib və təqaüdə göndərilib.

 

Müəllif: Ayna.az