“NATO-nun qoruyucu çətiri işləyə biləcək yeganə təhlükəsizlik zəmanətidir”
Şimali Atlantika Alyansı (NATO) Ukrayna üçün təhlükəsizliyin ən yaxşı təminatıdır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.
“Niyə biz, yəni Estoniya NATO-dayıq? Çünki biz Rusiyadan qorxuruq", - deyə qeyd edib.
Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, “NATO-nun qoruyucu çətiri işləyə biləcək yeganə təhlükəsizlik zəmanətidir”.