Jaksılıkov Qazaxıstanın müdafiə naziri təyin olunub

Dünya

19.01.2022 - 15:21

Həkimlər Klinikalar SEO Xidməti

Qasım-Comərt Tokayev sərəncam imzalayıb

General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın müdafiə naziri təyin olunub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Qasım-Comərt Tokayev sərəncam imzalayıb.

Xatırladaq ki, R.Jaksılıkov ötən ilin sentyabrında Qazaxıstan daxili işlər nazirinin müavini – Milli Qvardiyanın komandanı vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, R.Jaksılıkov 1966-cı ildə Almatı vilayətinin Kaskelen şəhərində anadan olub. O, 1996-cı ildə Frunze adına Hərbi Akademiyasından “komanda-qərargah əməliyyat-taktiki qoşun kəşfiyyatı” ixtisası üzrə məzun olub. 

R.Jaksılıkov 2004-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının ali akademik kurslarını “dövlətin hərbi təhlükəsizliyi” ixtisası üzrə bitirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş