İtkin düşən yeniyetmələr tapılıb

Xəbərlər

29.05.2024 - 11:47

Həkimlər Klinikalar SEO Xidməti

polis itkin düşmüş kimi axtarışda olan 5 nəfəri tapıb

Mayın 27-də və 28-də polis itkin düşmüş kimi axtarışda olan 5 nəfəri tapıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 22-də Yevlax rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 24-də Xəzər rayonunun Binə qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, Suraxanı rayonu Yeni Ramana qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, mayın 26-da Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 15 yaşlı oğlan və Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş