İtkin düşən kişinin meyiti tapılıb

Xəbərlər

04.02.2022 - 16:09

Həkimlər Klinikalar SEO Xidməti

Abdulla Abdullayevin meyiti kənd ərazisindəki su kanalından tapılıb

Qax rayonunda itkin düşən kişinin meyiti tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. 

Rayonun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından tapılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, o, 10 gün əvvəl yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmamışdı.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş