İti amansızlıqla öldürən şəxs məsuliyyətə cəlb olunub

Xəbərlər

04.03.2022 - 11:08

Həkimlər Klinikalar SEO Xidməti

Polis social şəbəkələrdə yayılmış görüntüləri araşdırdı

Xaçmazda iti asaraq öldürən şəxs məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış itin amansızlıqla asılaraq öldürülməsi hadisəsi fevral ayının 19-da Xaçmaz rayonunda baş verib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin rayonun Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib.

Balasoltan Daşdəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş