COVID-19-la bağlı araşdırmalar davam etdirilir
İtalya alimləri "omikron" virusunun yeni variantını aşkar ediblər.
AYNA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İtaliya Milli Elmi Araşdırma İnstitutunun direktoru Françesko Vayya deyib.
Onun sözlərinə görə, italyan mütəxəssislər bir aydan çoxdur virusun “Omikron-2” adlana biləcək varinatını aşkarlayıblar, lakin “Omikron-1”lə oxşarlığını nəzərə alaraq ictimaiyyəti həyəcanlandırmaq istəməyiblər.