İtaliyada bir gündə 120 nəfər koronavirusdan ölüb

Dünya

15.12.2021 - 08:47

Həkimlər Klinikalar SEO Xidməti

COVID-19 qurbanlarının ümumi sayı isə 135 mini keçib

İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 20 min 677 nəfər artaraq ümumilikdə 5 milyon 258 min 886-ya çatıb.

AYNA xarici mediaya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 120 nəfər artaraq 135 min 49-a yüksəlib. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 297 min 394, reanimasiya şöbəsində olanların sayı 863 nəfərdir.

Ötən gün 776 min 563 test icra edilib, virusdan sağalanların sayı 13 min 908 nəfər artaraq 4 milyon 826 min 443 olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş