İtaliya vətəndaşı eyni anda 3 xəstəliyə yoluxub

Dünya

25.08.2022 - 01:19

Həkimlər Klinikalar SEO Xidməti

Sözügedən 36 yaşlı Palermo sakininin vəziyyəti barədə məlumat verilmir

Sicilya adası sakini eyni zamanda Covid-19, meymunçiçəyi və VİÇ infeksiyasına yoluxub. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə “Palermo Today” nəşri məlumat yayıb.

Ötən ay İspaniyadan qayıdan 36 yaşlı Palermo sakini özündə koronavirusun əlamətlərini hiss etdiyi üçün həkimə müraciət edib. Eyni zamanda onun bədənində səpkilər yaranıb. Müayinə zamanı onun VİÇ infeksiyasına da yoluxduğu aşkara çıxıb.

Hazırda pasientin vəziyyəti barədə məlumat verilmir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş