“Biz xəstəxanaları, məktəbləri, universitetləri qorumaq üçün SAMP/T göndərəcəyik”
İtaliya tezliklə Ukraynaya daha bir SAMP/T zenit-raket kompleksini (SAM) köçürmək niyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Antonio Tajani deyib.
“Biz xəstəxanaları, məktəbləri, universitetləri qorumaq üçün SAMP/T göndərəcəyik”, - deyə nazir qeyd edib.
Eyni zamanda, Tajani əmin edib ki, “Ukraynanı müdafiə etmək vəziyyətin dünya müharibəsinə gətirib çıxara biləcəyi demək deyil”.