Pilotun yüngül xəsarət aldığı və xəstəxanaya aparıldığı bildirilib
İtaliya Hərbi Hava Qüvvələrinin akrobatika komandasına məxsus təyyarə hava limanından qalxarkən naməlum səbəbdən qəzaya uğrayıb.
AYNA APA-ya istinadən xəbər verir ki, təyyarənin qəzaya uğradığı yerdə olan bir uşaq dünyasını dəyişib. Pilot son anda xilas ola bilib.
Pilot naməlum səbəbdən idarəetməni ələ ala bilməyib. Akrobatik təyyarə qəza şəraitində enib və pilot oturacağı sayəsində sağ qalıb.
Məlumata görə, İtaliya Hərbi Hava Qüvvələrinin 100 illiyi münasibətilə İtaliya şəhərləri üzərində salamlama uçuşu həyata keçirilməli idi. Akrobatika komandasının təyyarəsi məşq uçuşu üçün Turin Kaselle hava limanından qalxarkən qəzaya uğrayıb. İtaliya mətbuatında pilotun yüngül xəsarət aldığı və xəstəxanaya aparıldığı bildirilib. Təyyarə qəzaya uğrayan zaman hadisə yerində 2-si uşaq olmaqla 4 nəfərlik ailə olub. Onların 5 yaşlı qızı ölüb. Xəsarət alan digər ailə üzvləri xəstəxanaya çatdırılıb.