Danışıqlar ABŞ-ın İstanbuldakı baş konsulunun iqamətgahında aparılır
ABŞ-ın İstanbuldakı baş konsulunun iqamətgahında Rusiya və ABŞ nümayəndələri arasında səfirliklərin işi ilə bağlı məsələlərlə bağlı danışıqlar başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, Rusiya-Amerika nümayəndələrinin görüşü ikitərəfli münasibətlərdəki qıcıqlandırıcı məsələlərin aradan qaldırılmasına və Moskva ilə Vaşinqtondakı səfirliklərin işi ilə bağlı problemlərə həsr olunacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib ki, görüşün nəticələri hər iki tərəfin problemli məsələlərin həllində nə dərəcədə “tez və effektiv hərəkət edə biləcəyini” aydınlaşdıracaq.
Bundan əvvəl məlum olub ki, İstanbulda ABŞ və Rusiya nümayəndələri Ukraynadakı münaqişəni, siyasi və təhlükəsizlik məsələlərini müzakirə etməyəcəklər. Nümayəndə heyətlərinin eksklüziv olaraq iki dövlətin diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəyi vurğulanıb.