İstanbulda həbs edilən rusiyalı jurnalistlər azadlığa buraxılıblar

Dünya

07.12.2020 - 17:25

İstanbul Şəhər Məhkəməsi NTV telekanalının əməkdaşları barədə qərar verib

 

İstanbul Şəhər Məhkəməsi Rusiyanın NTV telekanalının əməkdaşlarının azadlığa çıxması qərarını verib. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.

 

“Baş Prokurorluğa sübutlar verildikdən sonra iki rusiyalı jurnalist sərbəst buraxıldı. Onlarla birlikdə bir Türkiyə vətəndaşı da nəzarətdən azad olundu”, - deyə TASS İnformasiya Agentliyinin məlumatında qeyd edilib.

 

NTV-nin Mətbuat Xidməti jurnalistlərin yaxın vaxtlarda Rusiyaya deportasiya ediləcəyini açıqlayıb: “İlkin məlumata görə, yaxın vaxtlarda həmkarlarımız deportasiya olunmalıdır. Təfərrüatı dəqiqləşdiririk: rəsmi məlumatımız hələ yoxdur”.

 

Xatırladaq ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə öz redaksiyalarına xəbər veriblər.

Müəllif: Ayna.az