İki istiqamət üzrə biletin qiyməti 123 avro təşkil edir
"Pegasus Airlines" aviaşirkəti İstanbul-Gəncə-İstanbul reysi uzrə uçuşlar yerinə yetirəcək. AYNA xəbər verir ki, bu barədə aviadaşıyıcı məlumat yayıb.
Bildirilib ki, uçuşlar 18 martdan etibarən İstanbulun Sabiha Gökçen Hava Limanından (SAW) Gəncə Beynəlxalq Hava Limanına (GNJ) həyata keçiriləcək.
İki istiqamət üzrə biletin qiyməti 123 avro (236,5 manat) təşkil edir.