İsrailin Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Siyasət

29.02.2024 - 19:48

Netanyahu: "Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsaslanan isti münasibətlərə malik olublar"

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Bu yaxınlarda yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İsrail xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Onilliklər ərzində xalqlarımız ortaq məqsəd və maraqlara əsaslanan isti münasibətlərə malik olublar. Siz iyirmi il əvvəl prezidentliyə başladığınız vaxtdan bizim əməkdaşlığımız bir çox sahələrdə genişlənib və yeni zirvələrə yüksəlib.

Keçən il Azərbaycanın İsraildə səfirliyinin tarixi açılışında aydın şəkildə nümayiş etdirilən dostluq münasibətinə görə təşəkkür edirəm.

Qarşıdakı illərdə tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün Sizinlə yaxından işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm".

Müəllif: Ayna.az