İsraildə karantin məhdudiyyətlərini ləğv edilir

Dünya

18.05.2022 - 09:12

Həkimlər Klinikalar SEO Xidməti

Yeni qaydalar 21 may tarixindən qüvvəyə minir

İsrail Səhiyyə Nazirliyi ölkəyə uçmazdan əvvəl PCR testlərindən keçmək tələbinin ləğv edildiyini açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Turizm Nazirliyinin məlumatına görə, yeni qaydalar 21 may 2022-ci il tarixindən qüvvəyə minir.

Qeyd edək ki, bir müddət öncə İsrailə gəldikdən sonra hava limanında PCR testi məcburiyyəti aradan qaldırılıb. Bununla belə, nazirlikdən bildirilib ki, İsrailə yola düşməzdən əvvəl 48 saat ərzində xüsusi bəyannamə doldurmaq, həmçinin beynəlxalq uçuş zamanı maska ​​taxmaq vacibdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş