“Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir”
İsraildə HƏMAS-ın hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub. AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.