İsrail Qəzzaya hücumu gücləndirməyə hazırlaşır

Dünya

04.05.2025 - 09:13

Həkimlər Klinikalar SEO Xidməti

Netanyahu ilə Nazirlər Kabineti arasında təhlükəsizlik məsələləri üzrə keçirilən görüşdən sonra qərar verilib

İsrail hakimiyyəti Qəzza zolağında əməliyyatı genişləndirmək üçün yaxın günlərdə daha on minlərlə ehtiyat əsgəri çağıra bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Agentlik vəziyyətlə tanış olan mənbəyə istinadən yazır: "Hücumun miqyasını artırmaq qərarı cümə günü Baş nazir Benyamin Netanyahu ilə İsrail Nazirlər Kabineti arasında təhlükəsizlik məsələləri üzrə keçirilən görüşdən sonra verilib".

Bundan əvvəl hakim koalisiyanın bir neçə üzvü, o cümlədən maliyyə naziri Bezalel Smotriç Fələstin anklavında hələ də saxlanılan israilli girovların həyatını təhlükə altına alsa belə, HƏMAS qruplaşmasını tamamilə məhv etmək məqsədi ilə Qəzza zolağında hərbi eskalasiyaya çağırıb.

“Bloomberg” xatırladır ki, iki aylıq atəşkəs martın ortalarında başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağının təxminən üçdə birini işğal edib. İsrail həmçinin humanitar yardımın anklava girişini əngəlləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş