Herzi Halevi müdafiə nazirinə istefa ərizəsi verdiyini açıqlayıb
İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Herzi Halevi müdafiə nazirinə istefa ərizəsi verdiyini açıqlayıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.
“Mən bu gün, çərşənbə axşamı İsrailin müdafiə naziri İsrael Katza məlumat verdim ki, ordunun oktyabrın 7-dəki uğursuzluğuna görə məsuliyyəti üzərimə götürürəm. 6 mart 2025-ci ildə vəzifəmi tərk etmək üçün icazə istədim”, - deyə Halevi qeyd edib.