Hava hücumundan müdafiə sirenləri qəsdən işə salınmayıb
İsrail ordusunun (IDF) Hərbi Dəniz Qüvvələri Aralıq dənizi üzərində pilotsuz təyyarələrin hücumunu dəf edib. AYNA-nın xəbərinə görə, İsrail Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, səhər saat 5 radələrində İsrailin raket gəmisi ölkənin şimalında dəniz üzərində iki pilotsuz təyyarəni vurub. Pilotsuz təyyarələr şərqdən uçurmuş.
“Şərqdən gələn daha bir pilotsuz uçuş aparatı Quş Dan bölgəsində dəniz üzərindən Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən vurulub”, - deyə məlumatda qeyd olunub.
IDF Mətbuat Xidmətindən qeyd edilib ki, hava hücumundan müdafiə sirenləri qəsdən işə salınmayıb: “Heç kim xəsarət almayıb”.
Ordu pilotsuz təyyarələrin dəqiq haradan gəldiyini açıqlamayıb.