İsrail Knesseti özünün buraxdı: yeni seçki keçiriləcək

Dünya

30.06.2022 - 16:57

Növbədənkənar parlament seçkilərinin noyabrın 1-də keçirilməsi nəzərdə tutulub

İsrail Knesseti özünün buraxılması haqqında qanun layihəsini ikinci və üçüncü oxunuşda təsdiqləyib. AYNA xarici mediaya istinadən bildirir ki, iclas İsrail Parlamentinin saytında yayımlanıb.

Ölkədə növbədənkənar parlament seçkilərinin noyabrın 1-də keçirilməsi nəzərdə tutulub.

Sənədin təsdiqindən sonra 24-cü Knesset buraxılmış elan edilir və koalisiya razılaşmasına uyğun olaraq Baş nazir postu Naftali Bennetdən xarici işlər naziri Yair Lapidə keçir. O, yeni parlament seçkiləri keçirilənədək hökumətə rəhbərlik edəcək.

Naftali Bennett və xarici işlər naziri Yair Lapid ölkədə siyasi dalana dirəndiyi bir vaxtda - iyunun 20-də Knessetin buraxılması qərarını elan ediblər. Sosioloqların fikrincə, keçmiş Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi müxalif Likud Partiyası lider mövqeyə sahibdir.

Netanyahu korrupsiyaya görə mühakimə olunsa da, o, siyasətdən getməkdən imtina edir və yeni hökumət qurmağa ümidlidir. Noyabrda keçiriləcək parlament seçkiləri son üç ildə beşinci olacaq.

Müəllif: Ayna.az