İsrail İrana xəbərdarlıq etdi

Dünya

30.10.2024 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Yenidən hücum edəcəyi təqdirdə qisas ağır olacaq

İsrail İrandan yeni bir hücum olacağı təqdirdə, əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, yeni hədəflərə cavab zərbələri endirəcək.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz yenə də İrana necə lazımdırsa, cavab verə biləcək və əvvəlki dəfə istifadə etmədiyimiz imkanlardan istifadə edəcəyik. Qisas zərbəsi daha ağır olacaq”, - o, Halevi Hərbi Hava Qüvvələri bazasına səfəri zamanı deyib.

Baş Qərargah rəisi aviabazada hərbçilərə müraciət edərək İsrail ordusunun bütün cəbhələrdə yüksək hazırlıq vəziyyətinə gətirilməli olduğunu vurğulayıb.

"Biz Livanda, Qəzzada fəaliyyət göstəririk, İordan çayının qərb sahilində və digər uzaq arenalarda terrorizmlə mübarizə aparırıq", - Baş Qərargah rəisi qeyd edib.

Müəllif: Ayna.az