İsrail 39 fələstinlini azad edib

Dünya

26.11.2023 - 11:41

cedabet dərman SEO Xidməti

Azad edilənlərdən 33-ü uşaq, 6-sı qadındır

İsrail və HƏMAS arasında əsir mübadiləsi çərçivəsində İsrail həbsxanasında saxlanılan 39 fələstinli azad edilib. AYNA xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.

Bildirilib ki, Ofer həbsxanasında olan 39 fələstinlinin Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtobusla işğal altındakı İordan çayının qərb sahilindəki Bireh şəhəri və Qüdsə doğru yola düşüb.

Qeyd edilib ki, azad edilənlərdən 33-ü uşaq, 6-sı qadındır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş